Modern.az

Jurnalistlər mükafatlandırıldılar

Jurnalistlər mükafatlandırıldılar

17 Mart 2012, 19:19

Modern.az xəbər verir ki, bu gün Bakıdakı “Sarı gəlin” restoranında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə, jurnalistlər, deputatlar, nazirliklərin nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

Fondun icraçı direk­­toru Vüqar Səfərli Novruz bayramı müna­si­bətilə 2012-ci il fevralın 2-dən martın 6-nadək keçiril­miş fərdi jurnalist yazıları müsa­bi­qəsinin nəticələri barədə məlumat verib. Müsabiqənin Kütləvi İnfor­­masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutul­muş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda ümumilikdə 94 yazının təqdim edil­diyini bildirib. O, münsiflərin hər istiqamət üzrə 3 yazının qalib seçdiyini bildirib.

Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
Ə.Həsənov qeyd edib ki, KİVDF-nin elan etdiyi müsabiqə Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradır, onların yaradıcılıq fəaliyyətinə verilən qiymətdir.

O,  bildirib ki, jurnalistlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində onlar üçün yeni bina tikilir. Prezident Administrasiyasının rəsmisi bu ilin sonunda və ya gələn il ən çox ehtiyacı olan jurnalistlərəin mənzillə təmin olunacağını vurğulayıb.

Ə.Həsənov həmçinin deyib ki, gələcəkdə fərdi jurnalist müsabiqələrinin sayını artırmaq və yaxud mükafat məbləğini dəyişmək olar.

Sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə diplomlar verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi