Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov tələbələrə müraciət edərək, onlarla yeni tövsiyələrini bölüşüb
Modern.az-ın məlumatına görə, rektor deyib:
“Dəyərli tələbələr və gənclər! İnsan həyatına məna qatan xüsusiyyətlərdən biri də əlində olan nemətlərin dəyərini zamanında bilməsi və şükr etməyi bacarmasıdır. Müdrik bir kəlamda buyurulur: Beş nemətin dəyərini onları itirməmiş bilin:
1. Başınız qarışmamış boş vaxtın;
2. Yaşlanmamış cavanlığın;
3. Xəstələnməmiş sağlamlığın;
4. Kasıblamamış zənginliyin;
5. Ömür bitməmiş həyatın”.