Modern.az

“Trampın impiçmenti reallaşsa belə, ABŞ-ın region siyasətində dəyişikliklər olmayacaq” - Ekspert

“Trampın impiçmenti reallaşsa belə, ABŞ-ın region siyasətində dəyişikliklər olmayacaq” - Ekspert

Aktual

19 Dekabr 2019, 17:22

“Tramp prezident seçiləndən sonra dünya ölkələri ABŞ-ın daxilindəki siyasi mübarizəyə, qalmaqallara və təlatümlərə öyrəşib”.

 

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov ABŞ-da Demokratlar Partiyasının Donald Trampa qarşı impiçment qərarı ilə bağlı danışarkən bildirib. F.Çıraqov ABŞ-da daxili qütbləşmənin Trampdan əvvəl də olduğunu vurğulayıb:

 

“Bu impiçment prosesinə sıradan bir hadisə kimi yanaşma var. ABŞ daxili siyasətindəki qütbləşmə və onun xarici siyasətdə qərarvermə prosesinə müxtəlif siyasi qütblər arasındakı ziddiyyətlərin mənfi və dağıdıcı təsirini isə hələ Tramp hakimiyyətə gəlməmişdən əvvəl onun istər rəqibləri, istərsə də müttəfiqləri hiss edirdilər və müxtəlif formalarda artıq 10 ilə yaxındır ki, ifadə edirlər. İmpiçment reallaşması ehtimalı çox aşağıdır”.

 

F.Çıraqov impiçment qərarından ABŞ-ın rəqiblərinin istifadə edəcəyinin gözlənilən olduğunu qeyd edib:

 

“Onsuz da ABŞ-ın rəqibləri son illərdə bu ölkənin daxili siyasətində yaranmış vəziyyətdən və boşluqdan istifadə etməyə çalışırlar. Bu ildən başlayaraq ölkədaxili siyasətin 2020-i il prezident seçkiləri dövrünə daxil olması və mübarizənin yeni həddə çıxması onun rəqiblərini dünyanın müxtəlif regionlarında daha da fəallaşdırıb. Qeyd etdiyim kimi impiçment ehtimalı çox aşağıdır. Reallaşacağı təqdirdə isə bu ABŞ-ın son illərdəki region siyasətində hansısa yeni məqamlara gətirəcəyini ehtimal etmirəm. Hansısa dəyişikliyi yalnız 2020-ci il president seçkilərindən sonra yeni administrasiyanın formalaşmasından sonra gözləmək olar”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama