İran növbəti dəfə Azərbaycana öz etirazını bildirib. Modern.az-ın məlumatına görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov martın 17-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağrılıb.
İranın İRNA agentliyi xəbər verir ki, C.Axundova Azərbaycanda bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunmasına qarşı etiraz ünvanlanıb.
Səfir bildirib ki, İranın icmarıcını Azərbaycan Xarici İşlər Nazirliyinə çatdıracaq.
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bir neçə gün öncə SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyəti göstərən 22 nəfərdən ibarət qrup ifşa edildiyi barədə məlumat yayıb.
Modern.az