Modern.az

“Bu dəyişikliyi məhkəmə ekspertiza sahəsində inqilab hesab etmək olar” - Nazirlik rəsmisi

“Bu dəyişikliyi məhkəmə ekspertiza sahəsində inqilab hesab etmək olar” - Nazirlik rəsmisi

Aktual

20 Dekabr 2019, 11:01

"Məhkəmə ekspertiza sahəsində dəyişiklik edilməsi inqilabi hadisədir". Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib. Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdi. Bu da əhali arasında narazılığa səbəb olurdu:

"Rusiyada özəl ekspertizaya imkan veriləndən sonra böyük hərc-mərclik yarandı. Bu müşahidələrdən sonra məhkəmə ekspertizası yaradılmasındakı bütün detalları nəzərə aldıq. Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər bir qədər gecikmə olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəməyə vəsatət qaldırmalıdır. Məhkəmə işə 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Vəsatət təmin olunduqdan sonra icraya başlana bilər. Bunu məhkəmə ekspertiza sahəsində bir inqilab hesab etmək olar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama