Ermənistanda uşaqların qanunsuz övladlığa verilməsi ilə bağlı cinayət işi davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, faktla bağlı 3 nəfərə qarşı cinayət işi açılıb.
Ermənistan Respublika Doğum Evinin direktoru Razmik Abramyana qarşı “bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq uşağı valideynindən qanunsuz ayırmaq yaxud dəyişmək”, “rüşvət vermə” maddəsi və s. iş başlanılıb.
“Yerevan Uşaq Evi”nin direktoru Liana Karapetyana qarşı isə eyni maddələrlə yanaşı “sənədlərin saxtalaşdırılması” maddəsi ilə iş açılıb. Onun müavini Arşak Cerceryana qarşı da iş başlanılıb.
Hər 3 şəxs barəsində həbs qətimkan tədiri seçilib. Onlar 2016-2018-ci illərdə onlarla ananı övladından imtina etməyə yaxud uşağının ölməsi ilə bağlı yalan məlumat verməklə körpələri varlı ailələrə verib.