“Onlar utanıb-qızarmadan “Türk axını”na qarşı sanksiyalardan danışırlar. Bu hüquqlarımızn tam pozulması deməkdir. Təbii ki, buna cavab olaraq, biz də sanksiya tətbiq edəcəyik”.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışında deyib.
ABŞ-ın 2020-ci il üçün qəbul olunmuş büdcəsində “Şimal axını-2” və “Türk axını”na qarşı sanksiyaların tətbir olunması nəzərdə tutulub.