Modern.az

Qurban Qurbanovun oğlu "Qarabağ"da debüt etdi

Qurban Qurbanovun oğlu

Aktual

20 Dekabr 2019, 21:54

Qurban Qurbanovun oğlu Musa Qurbanlı "Qarabağ"ın əsas komandasında debüt edib.

Modern.az-ın  məlumatına görə, 17 yaşlı hücumçu "Keşlə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçının ikinci yarısında meydana çıxıb. O, Riçard Almeydanı əvəzləyib.

Qeyd edək ki, oyun "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı daha öncə yoldaşlıq görüşündə əsas komanda ilə meydanda olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU