Modern. az xəbər verir ki, dünən saat 14:00-da Azərbaycan Dövlət Televiziyasının rəsmi saytı www.aztv.az portalı haker hücumuna məruz qalaraq dağıdılıb. Azərbaycan Televiziya və Radio Şurası Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın sozlərinə görə, “İdman Azərbaycan” və “Mədəniyyət” kanalına hec bir hücum olmayıb, sadəcə AzTV-nin öz saytına hücum olub.Amma dünən 15:20-dən başlayaraq, saytın fəaliyyəti bərpa olunub. Hal-hazırda araşdırmalar aparılır.