Modern.az

Eldar Quliyev yenidən Bakı kəndlərinin deputatlığa namizədi olmaq istəyir

Eldar Quliyev yenidən Bakı kəndlərinin deputatlığa namizədi olmaq istəyir

Aktual

21 Dekabr 2019, 12:50

Milli Məclisin deputatı Eldar Quliyev Bakının ən böyük kəndlərini, əsasən də Zabrat, Maştağa və Nardaran kimi yaşayış məntəqələrini özündə birləşdirən və hazırda təmsil olunduğu 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

 

Bu barədə Modern.az saytına məlumat verən E.Quliyev deyib ki, bu qərarın verilməsində seçicilərin də böyük rolu olub:

“Özüm bir az tərəddüdlü idim. Amma seçicilərin mənə münasibətindən də məlumatlıydım. Hesab edirəm ki, ötən illər ərzində onların etimadını doğrultmasaydım, namizədliyimin irəli sürülməsinə etiraz edərdilər. Bu dəstəyə görə, onlara bəribaşdan minnətdarlığımı bildirirəm. Əgər deputat olaraq onlara dəstək ola bilirəmsə, insan olaraq xeyir-şərlərində yaxından iştirak edə bilirəmsə özümü onlardan biri saymağa haqqım var. Və bundan sonra da hər zaman dövlət siyasətinə dəstək olub seçicilərin yanında olmağı özümə borc bilirəm”.

 

Eldar Quliyev bildirib ki, artıq imza vərəqələrini 28 saylı Sabunçu üçüncü Seçki Dairəsinə təqdim ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama