Modern.az

“Qalatasaray” \"Göztəpə\"yə uduzub

“Qalatasaray” \

22 Dekabr 2019, 09:23

Türkiyə Super Liqasının 16-cı həftəsində “Qalatasaray” səfər oyununda “Göztəpə”yə 2:1 hesabla məğlub olub. Bu, Fatih Terimin yetirmələrinin mövsümdə 4-cü məğlubiyyəti olub.

 

Modern.az xəbər verir ki, İzmir komandasına qalibiyyəti gətirən qolları Kameron Jerome (9) və Halil Akbunar (61) vurub.  “Qalatasaray”ın yeganə qolu isə 27-ci dəqiqədə Lamine Qassamanın topu  öz qapısından keçirməsindən sonra hesaba yazılıb. Bununla da “Göztəpə” 2002-ci ildən bu yana Super Liqada “Qalatasaray”ı ilk dəfə məğlub edib.

 

Turun ikinci günündə bu oyundan başqa, 2 görüş daha keçirilib. Digər matçlarda qonaqlar qalib gəliblər. “Rizəspor” “Yeni Malatyaspor”u, “Qaziantep” 7 qolun vurulduğu oyunda “Kasımpaşa”nı məğlub edib.

 

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi