Tanınmış jurnalist, “Real TV”nin əməkdaşı Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb.
Aldığı qərarla bağlı Modern.az-a danışan aparıcı hələ ötən seçkilərdən deputat olmaq kimi fikrinin olduğunu bildirib:
"Açığı, Oğuzdan namizədliyimi irəli sürəcəyimlə bağlı anonsu ötən seçkilərdən vermişdim. Çünki Oğuz camaatının yaxşı deputat problemi həmişə olub. Bu mənada, deputat olmaq beynimə qəfil gələn fikir deyil. Düşünürəm ki, mən öz rayonumu ləyaqətlə bu parlamentdə təmsil edə, əsl deputat necə olur onun nümunəsini göstərə bilərəm. Əminəm ki, bunu məni tanıyanlar da biıməmiş deyil. Hər halda, doğulduğum bölgənin insanlarının təşəbbüsü də məni bu işə həvəsləndirdi və mən onların bu istəklərini dəyərləndirdim. İnşallah, dövlətimiz və millətimiz üçün uğurlu bir işə imza atacağımdan əminəm".