Türkiyənin Şırnak vilayətində daha 4 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik 1 terrorçunun PKK-dan qaçıb hərbçilərə təslim olduğunu bildirib.
Bununla da 2019-cu ildə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 260-a çatıb.