Milli Məclisin deputatları Modern.az-a bildiriblər ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin biletlərinin satışa çıxarılmasından xəbərsiz olublar.
“Eurovision-2012” Mahnı Müsabiqəsinə iki aydan az vaxtər qalıb. Müsabiqıdə iştirak edəcək bütün ölkələr öz namizədlərini, onların ifa edəcəkləri mahnıları müəyənləşdirib. Elə ölkəmizdə də müsabiqəyə ciddi hazırlıq gedir, hər şeyin yüksək səviyədə alınması üçün tədbirlər görülür. Müsabiqəni izləmək üçün satışa çıxarılan biletlər də müsabiqəni izləmək istəyənlər tərəfindən tez zamanda alınıb. Final mərhələsi üçün satışa çıxarılan biletlərin bir neçə saat ərzində satılması ölkəmizdə keçiriləcək mötəbər yarışa marağın böyük olduğunu göstərir.
Bəs millət vəkilləri necə müsabiqəni izləyəcəklərmi? Onlar hansı mərhələni izləmək üçüün bilet alıblar?
Modern.az-ın əməkdaşı suala cavab tapmaq üçün bəzi deputatlarla əlaqə saxlayıb.
Millət vəkili Jalə Əliyeva müsabiqəni izləyəcək, ancaq o hələ bilet almayıb. Bunu isə həmin vaxt rayonda olması və yarışmanın biletlərinin satışa çıxarılmasından xəbərsiz qalması ilə əlaqələndirib.
“Rayonda olduğum üçün biletlərin satışa çıxarıldığından xəbərsiz idim. Qayıdanda isə qızım artıq biletlərin satılıb qurtardığını dedi. Adətən mədəniyət tədbirlərinə bizim Məsəniyyət komitəsini dəvət edirlər. Bəlkə bu yarışmanı da izləməyə bizi dəvət etdilər”.
Deputat bayram günlərindən sonra musiqi yarışmasını izləmək üçün bilet almağa çalışacağını və müsbaiqəni canlı izləməyin mümkün olacağına ümid etdiyini deyib.
Deputat Aydın Mirzəzadə də “Eurovision” Mahnı Müsabiqəsini izləyəcək. Ancaq o da hələ bilet almayıb.
“Parlament üzvi kimi bizə dəvətnamə versələr, canlı izləyəcəm, əks halda evdən televizor qarşısında baxacam”.
Deputat bilet ala bilməməsini onların satışa çıxarılmasından xəbərsiz olması ilə əlaqləndirib.
“Final biletləri artıq bir neçə saat içində satılıb qurtarmışdı. Yarımfinallara birtəhər bilet tapsam alıb, müsabiqəni canlı izləyəcəm.
Bir tərəfdən bu sevindirici haldır ki, insanlar Azərbaycanda müsabiqəni izləməyə həvəslidirlər. Qoy mənə bilet qalmasın, amma xarici vətəndaş yarışmanı izləmək üçün Azərbaycana gəlib Bakımızı görsün, inkişafı müşahidə eləsin” - deyə Aydın Mirzəzadə əlavə edib.
Millət vəkili Fuad Muradov müsabiqəni izləyəcəyini deyir. Ancaq o da digər həmkarları kimi hələ bilet almayııb.
“Vaxtım olan kimi bilet almağa çalışacam. Amma hələ hansı mərhələyə bilet almağı qərarlaşdırmamışam. İmkan olsa, hər iki mərhələyə bilet alıb canlı izləyəcəm. Olmasa, televizordan baxacam”.
Deputat Kamilə Əliyeva da mahnı müsabiqəsini canlı izləyəcəyinə ümid edir.
“Bilet almamışam, ancaq mənə verilən məlumata görə yarışmanı izləmək üçün deputatlara dəvətnamə veriləcək”.
K.Əliyeva dəvətnamə olmasa, bilet almağa çalışacağını qeyd edib. “Yəqinki final mərhələsi üçün bilet almağa çalışacam, çünki final daha maraqlı olur. İmkan olsa, yarımfinallara da bilet alaram”.
Deputat Nizami Cəfərov bilet almayıb, amma yaxın vaxtlarda almağa çalışacağını vurğulayıb. Hansı mərhələyə bilet almağına gəlincə isə millət vəkili yarışmanı əvvəldən axıra qədər izləyəcəyini qeyd edib.
“Şəxsi maraqdan əlavə, bu həm də mədəniyyət baxımından mənim işimdir, ixtisasıma görə də əhəmiyətlidir. Mədəniyyətdən əlavə burada ümumi siyasi maraqlar da var, ona görə yarışmanı izləməliyik”.
Aytən ƏLIYEVA