Modern.az

Xalq şairi, politoloq, idmançı, axund… “Elə indi səs verməyə gedirəm” - SORĞU

Xalq şairi, politoloq, idmançı, axund… “Elə indi səs verməyə gedirəm” - SORĞU

Aktual

23 Dekabr 2019, 16:22

Bu gün ölkədə bələdiyyə seçkiləri keçirilir. Səhər saat 08:00-dan başlayan səsvermə axşam saat 19:00-dək davam edəcək.

 

Maraqlıdır, tanınmış similar bu gün səsvermədə iştirak edir?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı tanınmış simaların bəziləri ilə əlaqə saxlayıb:

 

Xalq şair Vahid Əziz: “Səs vermək mənim vətəndaşlıq borcumdur, təbii ki, səs verəcəm.Vətəndaş seçkidə mütləq şəkildə iştirak etməli, öz fikrini bildirməlidir”.

 

Dünya və Avropa çempionu,  Daxili İşlər Nazirliyinin “Dinamo” idman klubunun təmsilçisi Eduard Məmmədov: “Elə indi səs vermək üçün Yasamal 24 saylı seçki məntəqəsinə gedirəm. Seçkilərdə iştirak etməyi düşünsəm də namizədlərdən heç birini tanımıram. Seçki məntəqəsinə gedim orada səs verəcəyimi namizədi müəyyənləşdirəcəm. Əvvəllər belə deyildi, bu il namizədlər çox passivlik göstərir. Sadəcə vətəndaş kimi borcumdan çıxmalıyam”.

 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu: “Bələdiyyə seçkilərində iştirak etməyi düşünürəm,amma namizədlərin heç biri bizim, qapımızı döymədi. Görüş keçirmədi.Namizədlərin passiv olmağına görə kimə səsverəcəyimi də bilmirəm. Namizədliyini irəli sürən şəxs iddia etdiyi ərazi üzrə seçicilərlə görüş keçirməli, problemləri dinləməlidir. Mən yaşadığım ərazidə bir nəfər də namizəd aktivlik göstərmədi. Bələdiyyə seçkilərində bir neçə dəfə iştirak etmişəm. Əvvəl heç olmasa namizədlərdən bir neçəsinin adını bilirdik, indi heç bir namizədi tanımıram.Bu kimi səbəblərə görə seçkidə iştirak etməyimlə bağlı hələ tam qərara gələ bilmirəm”.

 

Əməkdar artist Elza Seyidcahan: “Hazırda çəkilişdəyəm. Lakin vətəndaş kimi seçkilərdə iştirak etməyi özümə borc bilirəm. Vaxt edib, səs verəcəyim məntəqəyə getməyi düşünürəm”.

 

İqtisadçı-ekspert Eyyub Hüseynov: “Hazırda seçkilərdə iştirak etmək üçün hazırlaşıram. 23-cü Nəsimi bələdiyyə dairəsi, 13-cü məntəqədən səs verəcəm.Bələdiyyələrin fəaliyyəindən tam narazıyam. Heç Nəsimi bələdiyyəsinin tanımıram, nə də ki, fəaliyyətini görməmişəm. Bütün bu hallara baxmayaraq yenə də, seçkilərdə iştirak edəcəm. Seçəcəyim şəxsi isə tərcümeyi-halına baxaraq müəyyənləşdirəcəm”.

 

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli: “ Bələdiyyə seçkilərində heç sözsüz ki, içttirak etməyi düşünürəm. Yasamal rayonu 16-cı dairədə öz səsimi verəcəm. Amma deyim ki, bələdiyyəyə namizəd olan şəxslərin fəal təbliğatını görmədim. Namizəzdlərin belə olması məni qane etmir. Onu da deyim ki, bələdiyyə seçkilərində hər dəfə iştirak etmirəm”.

 

 

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama