“Martın 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxstanın Almata şəhərinə səfər edəcək”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatardan Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatanın rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
A.Təvəkküloğlu qeyd edib ki, martın 26-dan 28-ə qədər, iki günlük səfər çərçivəsində nümayəndə heyəti MDB Parlamanentlərarası Assambleya Şurasının 20 illiyinə həsr olunmuş iclasında iştirak edəcək.
“Yubiley münasibətilə burada keçiriləcək digər tədbirlərdə də nümayəndə heyətimiz iştirak edəcək. Milli Məclisin sədri Oqtay Əsədovun həm də səfər çərçivəsində tədbirdə iştirak edən nümayəndə hetəyinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə də MDB PA-nın bu günü, uğurun çərçivəsində əlaqələrin gələcək inkişafı, təşkilata üzv dövlətlərin qanunverici orqanları səviyəsindəki münasibətlərin dərinləşməsi, təcrübə mübadiləsi və digər tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.
Aytən ƏLİYEVA