İki eyni nominalda SimSim danışıq kartı yükləyən abunəçilərə həmin nominalda üçüncüsü Azercell-dən hədiyyə ediləcək
Azercell Telekom bu bayram da abunəçilərini hədəyyəsiz qoymur. Şirkət Novruz bayramı münasibətilə abunəçiləri üçün “Novruz 2012” kampaniyasına start verir. Yalnız 2 gün – 20 və 21 mart 2012-ci il tarixlərində iki eyni nominalda SimSim danışıq kartı yükləyən Azercell Fakturasız Xətt abunəçilərinə həmin nominalda üçüncüsü Azercell-dən hədiyyə ediləcək. Məlumat üçün bildirək ki, kampaniya çərivəsində verilən hədiyyə balans şəbəkəiçi istifadə üçün 7 gün ərzində etibarlıdır. Bundan əlavə iki eyni nominalda kart bir gündə və ya iki ayrı gündə yüklənildikdə abunəçi kampaniyada iştirak edir. Kampaniya günlərində belə yükləmələrin sayına məhdudiyyət qoyulmur və abunəçi kampaniyadan bir neçə dəfə yararlana bilər.
Beləliklə bayram günlərində Azercell-in sizlər üçün təqdim etdiyi bu kampaniyaya qoşulun və sevdiklərinizlə doyunca bayramlaşın!