Modern.az

Deputat icra başçısıyla Novruz tədbirinə qatılıb

Deputat icra başçısıyla Novruz tədbirinə qatılıb

Təhsil

19 Mart 2012, 20:07
Novruz bayramı münasibətilə Tovuz rayonunda tədbir keçirilib. Millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayon ictimaiyyəti bayram şənliyində iştirak ediblər.   Rayon ictimaiyyəti qarşısında çıxış edən Qənirə Paşayeva Novruz bayramı münasibətilə onları təbrik edib:

“Hər bir azərbaycanlının ən böyük arzusu odur ki, gələn il bayram tonqalları işğaldan azad edəcəyimiz Qarabağımızda qalansın. Mən sizə də, özümə də gələn il Novruz bayramını işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda keçirməyi Allahdan arzu edirəm”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib.  

Daha sonra millət vəkili Qənirə Paşayeva və digər qonaqlar bayram tonqalını yandırıblar.   Milli paltar geyinmiş döyüşçülərin, gənc idmançıların çıxışları maraqla qarşılanıb.



Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal