Modern.az

Azərbaycana bahar gəlib

Azərbaycana bahar gəlib

20 Mart 2012, 11:03


AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, 2012-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində baş verib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayıb və bu, iyun ayının 21-nə qədər davam edəcək.

Modern.az


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal