NATO “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərinə hazırlaşır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlərdə iştirak üçün 20 min ABŞ hərbçisi Avropaya gətiriləcək. Bu son 25 ildə NATO-nun keçirəcəyi ən miqyaslı hərbi təlimlar olacaq.
Ümumilikdə, təlimlərdə 37 min NATO hərbçisi iştirak edəcək. 2020-ci ilin fevral-aprel aylarında aparılacaq təlimlər zamanı “Dinamik cəbhə”, “Mütəffiqlik ruhu”, “Dəyənəyin zərbəsi”, “Cəld cavab” və s. kiçik təlimlər də baş tutacaq.
Plana görə ABŞ ordusu Atlantik okeanını keçərək Qərbi Avropaya yerləşdiriləcək. Bundan sonra isə sürətlə Polşa və Baltikyanı ölkələrin ərazisində daxil olaraq Rusiya ilə sərhəddə mövqe quracaq.
Qərb mətbuatı bunu Rusiya ilə mümkün müharibəyə hazırlıq kimi qələmə verib.
“Rəsmi olaraq, təlimlərin ABŞ ordusuna aid olduğunu açıqlanıb. Əslində isə NATO Rusiya ilə müharibəyə hazırlıq üçün bu təlimləri keçirir”.