Almaniya vətəndaşları kansler Angela Merkeldən daha çox Fransa prezidenti Emmanuel Makrona etibar edirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Kantar” tədqiqat şirkəti açıqlama yayıb.
Sorğunun nəticəsinə görə, almanların 57%-i Makrona, 54%-i isə Merkelə inanır. Almanların ən az etibar etidiyi ölkə başçıları siyahısında Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan var. Almanların cəmi 6%-i onlara etibar edir.
Sorğu 12-19 dekabr tarixlərində 1024 Almaniya sakini arasında keçirilib.