Martın 20-də Türkiyənin İstanbul şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan futbolu üçün əlamətdar qərar qəbul olunub.
Modern.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2016-cı ildə keçiriləcək Avropa çempionatı Azərbaycanda təşkil olunacaq.