Modern.az

20-dən çox insan dəm qazından zəhərləndi

20-dən çox insan dəm qazından zəhərləndi

25 Dekabr 2019, 21:55

Milad münasibətilə xidmət zamanı dəm qazından zəhərlənmə səbəbindən 21 nəfər Karlepon şəhərindəki kilsədən (Uaza departamenti, Parisdən şimalda yerləşir) xəstəxanaya yerləşdirilib.

Modern.az  xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Ümumilikdə, məbəddə 150 nəfər olub. Xidmət zamanı onlardan bəziləri şiddətli baş ağrısı hiss ediblər. Dərhal hadisə yerinə 40 yanğınsöndürən, xilasedicilər və bir qrup jandarmeriya əməkdaşları gəlib.

Kilsədə olanların hamısı təcili olaraq meriyanın binasına təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi