Modern.az

Ermənistan parlamentindəki terror 20 il sonra yenidən araşdırılır

Ermənistan parlamentindəki terror 20 il sonra yenidən araşdırılır

Dünya

25 Dekabr 2019, 22:45

Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prokurorluğun sözçüsü Arevik Xaçatryan bildirib.

Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib. “Şikayət Baş Prokuror tərəfindən təmin edilib və iş davam etdirilməsi üçün istintaq orqanına göndərilib”.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup cinayətkar parlamentə daxil olaraq iclas zalını odlu silahlardan davamlı atəşə tutmuşdular. Cinayətkar dəstə özlərilə bir neçə nəfəri girov götürmüşdü. Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülmüşdü.

Beş il sonra 7 terrorçunun məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, digəri isə 14 il azadlıqdan məhrum edilib. Lakin  terror aktının əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi