Rusiya prezidenti Vladimir Putin ötən axşam Qırmızı meydanda nazir və qubernatorlardan ibarət komandaların hokkey matçında iştirak edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş 8:5 hesabı ilə Putinin komandasının qələbəsi ilə başa çatıb.
11 nömrə altında çıxış edən prezident şaybalardan 5-nin müəllifi olub.
Hokkey görüşünün fasiləsi zamanı Putin iş adamı və yaxın dostu Qennadi Timçenkoya yuxusuzluqdan şikayətlənib.
“Son vaxtlar yata bilmirəm. Cəmi 4-5 saat yatıram. Bu azdır”-deyə o söyləyib.