Modern.az

İdarədən Mərkəzi Kitabxananın bağlanma xəbərinə REAKSİYA

İdarədən Mərkəzi Kitabxananın bağlanma xəbərinə REAKSİYA

Aktual

26 Dekabr 2019, 14:12

Bir neçə gündür ki, Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxananın bağlanması ilə bağlı mətbuatda xəbər yayılıb. Səbəb kimi isə binanın təmirsiz vəziyyətdə olması və maddi problemlərin olduğu göstərilib.

 

Modern.az məlumatın doğruluğunu yoxlamaq üçün Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb.

 

İdarənin mətbuat katibi Sevinc Bəhmənli məlumatı təkzib edərək belə halın olmadığını bildirib:

 

“Kitabxana əvvəlki qaydada fəaliyyət göstərir. Bağlanma ilə bağlı xəbər tamamilə yalandır, belə hal ola bilməz. Kitabxana həmişə fəaliyyət göstərib, göstərəcək də”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama