Modern.az

Fransa Minsk qrupunun həmsədrliyindən çıxa bilər

Fransa Minsk qrupunun həmsədrliyindən çıxa bilər

Təhsil

23 Mart 2012, 13:09

Avropa Birliyi ATƏT-in Minsk qrupunda Fransanı əvəz edə bilər. Bu barədə Avropa parlamentinin Xarici əlaqələr komissiyasının qəbul etdiyi yeni sənəddə müvafiq təkliflər yer alıb.  Sənəddə Frasanın Dağlıq Qarabağ münaqişəsnin nizamlanması üzrə ATƏT-in Minsk Qrupundakı həmsədr mandatının Avropa Birliyinin mandatına dəyişdirilməsi təklifi olunub.

Sənəd Avropa parlamentinin plenar iclasında səsverməyə çıxarılacaq. Bunun isə bir aydan sonra olacağı gözlənilir.

Modern.az-ın məlumatına görə,  Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.

1996-cı ilin dekabrından qrupun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal