Modern.az

Plastik qablardan istifadəyə görə 100 dollar cərimə

Plastik qablardan istifadəyə görə 100 dollar cərimə

27 Dekabr 2019, 21:13

İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastikin istifadəsinə görə cərimə tətbiq olunacaq.

Modern.az "Trend"ə istinadən  məlumatına görə, yeni qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, şəhər ərazisində birdəfəlik plastik paketlərin, içki çöplərinin, stəkan, boşqab və digər yemək avadanlıqlarının istifadəsi qadağan olunur. Bundan başqa, supermarketlərdə pulsuz plastik kartların verilməsinin qadağan olunması təklif edilir.

Bu qadağanı pozanlar 100 dollara yaxın məbləğdə cərimə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?