Daxili İşlər Nazirliyi Nəsimi rayonu ərazisindəki evlərin birində tapılan 3 meyitlə bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, DİN-in məlumatında bildirilib:
“Martın 22-də saat 20.10 radələrində Nəsimi rayonu M.İbrahimov küçəsindəki evlərin birində kirayədə yaşayan Mərakeş vətəndaşı Duadeh El Boussalyin və 20-25 yaşlı 2 qadının üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır”.