Modern.az

Psixoloqlar üçün son gün

Psixoloqlar üçün son gün

Təhsil

28 Dekabr 2019, 09:18

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.

 

İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular