İraqda hərbi bazaya raket hücumu zamanı amerikalı mülki podratçı həlak olub, bir neçə amerikalı və iraqlı hərbçi isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdaddakı Amerika hərbi komandanlığının məlumatına görə, hücum cümə günü Kərkükdə yerləşən K1 bazasına olub.
Yaralanmış amerikalıların adları açıqlanmır.
K1 bazasına hücumun təfərrüatlar geniş açıqlanmır. Baza İraq hərbçiləri tərəfindən idarə olunur,lakin ABŞ və İraq təhlükəsizlik qüvvələrinə təlim keçən hərbi qüvvələr burada yerləşir.
Bağdaddakı hərbi komandanlıq İraq təhlükəsizlik qüvvələrinin cavab və araşdırmalara rəhbərlik edəcəyini deyib.
Reuters-in məlumatına görə, İraq Hərbi Qüvvələri açıqlamasında bazada bir neçə raketin atıldığını bildirib.
Əfsanə ŞƏRİF