Modern.az

Ermənistan Konstitusiya Məhkəməsinin sədri həbs oluna bilər

Ermənistan Konstitusiya Məhkəməsinin sədri həbs oluna bilər

28 Dekabr 2019, 12:26

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan Xüsusi İstintaq Xidmətinə dəvət olunub.

Modern.az xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır.  

 

Tovmasyana qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması” maddəsi ilə iş açılıb. Bu maddə ilə məhkəmə sədrini 6 ilə qədər həbs cəzası gözləyir.

 

Məhkəmə sədri isə baş verənləri hüquqi deyil, siyasi proses adlandırıb. Hesab olunur ki, Robert Koçaryanın tərəfdarı adlandırılan Tovmasyanın həbsi ilə Paşinyan hakimiyyəti Konstitusiya Məhkəməsini özünə tabe etməyə çalışır.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi