Modern.az

Deputat Novruz bayramını Gədəbəydə qeyd edib - FOTOLAR

Deputat Novruz bayramını Gədəbəydə qeyd edib - FOTOLAR

Təhsil

23 Mart 2012, 18:47

103 saylı Gədəbəy secki dairəsindən deputat Sevinc Hüseynova Gədəbəy rayonunun Çalburun, Çaldaş, Plankənd, Miskinli, Əlinağılar, Arısu, Qalakənd, Səbətkeçməz kəndlərinin əhatə etdiyi Miskinli bölgəsində Novruz bayramı ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

Deputatın köməkçisi Elxan İsmaılov Modern.az saytına bildirib ki, bayram tədbirində Sevin Hüseynova seçiciləri bayram münasibəti ilə təbrik edib və onların suallarını cavablandırıb.

Sonra Gədəbəydə yerləşən “N” saylı hərbi hissənin təmas xəttindəki taborunda əsgərlərlə görüş keçirilib. Tədbirin sonunda Sevinc Hüseynova tərəfindən xidməti vəzifəsində fərqlənən zabit və əsgərlərə o, cümlədən tobor üçün hədiyyələr təqdim edilib. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal