Modern.az

Onlar AMEA-nın birinci vitse-prezidenti seçildi

Onlar AMEA-nın birinci vitse-prezidenti seçildi

Təhsil

28 Dekabr 2019, 13:54

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.

 

Modern.az-ın məlumatına görə, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.

 

Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.

 

Hesablama Komissiyasının sədri Urxan Ələkbərov səsvermədə heç kəsin namizədin əleyhinə səs vermədiyini söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular