Modern.az

ABŞ-da təyyarə qəzası: 5 ölü

ABŞ-da təyyarə qəzası: 5 ölü

Dünya

28 Dekabr 2019, 21:30

ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla 09:22-də (17:22 – Bakı vaxtı ilə) baş verib.

Aerodromdan qalxan təyyarə 1,5 km məsafə uçduqdan sonra, “Walmart” mağazalar şəbəkəsinin yanında yerləşən avtomobil dayanacağına düşüb.

Yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayıb.

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi