Modern.az

“ASAN” Xidmətin 7 yaşı tamam oldu

“ASAN” Xidmətin 7 yaşı tamam oldu

Aktual

29 Dekabr 2019, 10:22

“ASAN” xidmət işçilərinin peşə bayramıdır.

 

Modern.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən yaradılıb.

29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı olub.

Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başlayıb.

 

Hazırda  ASAN Xidmət mərkəzi 16 məntəqədə fəaliyyət göstərir. Fəaliyyətdə olan mərkəzlərdə 12 dövlət qurumu və özəl müəssisələr tərəfindən birgə 300-dən çox müxtəlif xidmətlər həyata keçirilir.

Bölgələr üzrə Şamaxı, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə ASAN Xidmət məntəqələri var.

Bəzi rayonlar üzrə yeni filiallar tikilməkdədir.

 

Agentliyin sədri Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ülvi Mehdiyevdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama