Rusiya Dövlət Dumasının üzvü, Liberal-Demokrat Partiyasının əvəzsiz lideri Vladimir Jirinovski yeni təkliflə çıxış edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, dövlət başçısını ağır işdən azad etmək üçün vitse-prezident postunun təsis olunmasını irəli sürüb.
“Prezident seçkiləri ilə bağlı Konstitusiyadan “ardıcıl” sözünü çıxarmaqla yanaşı, dövlət başçısının işlərini yüngülləşdirmək üçün vitse-prezident postu da yaradılmalıdır”-deyə Jirinovski söyləyib.
Onun fikrincə, dövlət başçısının üzərinə çox öhdəliklər düşür və səlahiyyətlərin bir hissəsi baş nazirlə vitse-prezident arasında bölüşdürülə bilər.