Modern.az

2019-cu ilin ən yadda qalan hadisələri – I HİSSƏ

2019-cu ilin ən yadda qalan hadisələri – I HİSSƏ

29 Dekabr 2019, 11:48

2019-cu il sarı donuz simvolu altında keçdi. Bu ildə beynəlxalq aləmdə yenə də gərgin və həyəcanlı anlar yaşandı, ölkələrin, xalqların taleyinə əhəmiyyətli təsir göstərən siyasi proseslər cərəyan etdi.

Modern.az 2019-ci ilin beynəlxalq aləmdə yadda qalan ən önəmli hadisələrini təqdim edir.

 

Venesuelada ikihakimiyyətlilik

Yanvar ayında Venesuela Mill Qvardiyasının bir qrup hərbçisi xalq etirazları fonunda prezident Nikolas Maduroya qarşı qiyam qaldırdı. Yanvarın 23-də müxalifət lideri Xuan Quaydo özünü prezident elan etdi. ABŞ və Avropanın bir ısra liderləri Quaydonu Venesuela prezidenti tanıyıb.

 

Makedoniya NATO və Avropa Birliyi xatirinə adını dəyişdi

Yunanıstan və Makedoniya uzun illər davam edən mübahisəyə son verərək, sonuncunun adını Şimali Makedoniyaya dəyişdirməsi barədə razılıq əldə edib. 1991-ci ildən davam edən bu mübahisə Şimali Makedoniyanın NATO və Avropa Birliyinə üzav olması üçün perspektivlər açdı.

Amma Avropa Birliyi perspektivləri Fransa prezidenti Emmanuel Makron tərəfindən dayandırıldı. Makron avrointeqrasiya yolunda Makedoniyanın ciddi proqresə nail olmadığını xatırlatdı.

 

Kəşmir münaqişəsinin kəskinləşməsi dünyanı nüvə müharibəsinə daha yaxın etdi

Nüvə silahına malik Hindistan və Pakistan arasında hərbi gərginlik fevralın 14-də çoxlu sayda hindsistanlı hərbçinin öldüyü terror aktından sonra daha da artdı. Nəticədə, rəsmi Dehli avqust ayında Cammu və Kəşmir ştatının muxtariyyətini ləğv etdi. Regionun müstəqilliyinin ləğvi separatizmin artmasına yol açacaq. 

 

Boinq-737 təyyarəsiin qəzaya uğraması

Martın 10-da “Ethiopian Airlines” aviaşirkəti Efiopiya paytaxtında yerləşən Bole aeroportundan havaya qalxdıqdan 6 dəqiqəı sonra qəzaya uğramışdı. Qəza nəticəsində 8 heyət üzvü və 149 sərnişin həyatını itirmişdi. 

Bu 6 ayda Boeing 737 Max 8 modeli üçün 2-ci belə qəza idi. Nəticədə bir çox ölkələr bu təyyarədən imtina etməyə başladılar.

 

Yeni Zelandiyada terror aktı

Martın 15-də Yeni Zelandiyada ard-arda 2 terror aktı baş verdi. Kraystçerç şəhərində cümə namazı zamanı Facebook-da  da canlı yayımlanan videogörüntüdə 28 yaşlı Brenton Tarrant 51 nəfəri qətlə yetirmiş, 49 nəfəri isə yaralamışdı. Məhkəmə prosesinin 2020-ci ilin may-iyun aylarında baş tutacaq.

 

Nazarbayevin gedişi

Martın 19-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyətdən getdi. 1990-cı ildən ard-arda 5 dəfə prezident seçilən Nazarbayevin yerini Kasım-Jomart Tokayev tutub. Ekspertlərin fikrincə, Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri, hakim partiyaın lideri və Ümumxalq lideri kimi ölkənin siyasi sistemi üzərində ciddi nəzarəti saxlaya bilib.

 

Sudanda hərbi çevriliş

Aprelin 11-də Sudan ordusunun komandanlığı prezident Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırılması və həbsi barədə qərar verdi. Müdafiə naziri Avad Məhəmməd Əhməd ibn Aufun başçılığı altında müvəqqəti hökumət yaradılıb. Çevrilişə hökumət əleyhinə çoxminlik etiraz dalğası təkan vermişdi. Əl-Bəşir 1989-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmişdi.

 

Paris Notr Dam kilsəsində yanğın

Aprelin 15-də qotik memarlığın ən parlaq nümunəsi olan Notr Dam kilsəsi yanmışdı. Yanğın kilsəyə ciddi zərər vurmuşdu. Yanğının səbəbi kimi qısa qapanma göstərilir.

 

Şri-Lankada Pasxa bayramında terror aktları

Aprelin 20-21-i tarixlərində Şri-Lankada 9 partlayış törədilmişdi. Paytaxt Kolombo şəhərində 3 katolik kilsəsi və 4 ayrı-ayrı mehmanxanada qeydə alınan partlayışlar zamanı 253 nəfər həlak olub, 500 nəfər isə xəsarət alıb. Ən azı 2 partlayış terrorçu-kamikadze tərəfindən törədilmişdi. İŞİD-lə bağlı lığı olan azı 40 terrorçu saxlanılmışdı.

 

Yaponiya imperatorunun taxtdan imtina etməsi və Reyva erasının başlanması

Mayın 1-də Yaponiyada minlərə gənc yeni imperator Naruxitonun taxta çıxmasını təntənəli şəxsildə qeyd etdi. Əvvəlki imperator Akixito son 200 ildə taxtdan imtina edən ilk rəhbər şəxs oldu. Yeni hakimiyyət erası Reyva yəni “firavanlıq harmoniyası” adlandırıldı.

 

Şeremetyevoda təyyarə qəzası

Moskvanın Şeremetyevo aeroportunda mayın 5-də Sukhoi  Superjet 100 təyyarəsi qəzaya uğradı. Qəza nəticəsində 41 nəfər, o cümlədən 2 azyaşlı uşaq həlak olub. Əksər sərnişinlər tüstü və alovdan keçiniblər.

 

Fars körfəzində gərginlik

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi ərazisində Səudiyyə Ərəbistanına məxsus 4 gəmi və neft obyektləri hava hücumuna məruz qaldı. Dünya neftinin və qazının 40%-nin daşındığı Hörmüz körfəzindəki gərginlikdə İran ittiham olundu. ABŞ bu ölkəyə qarşı iqtisadi sanksiyaları sərtləşdirdi. Əvəzində, İran ABŞ-a məxsus pilotsuz təyyarəni vurdu. Tramp İrana cavab zərbəsi barədə əmr imzalasa da, son anda qərarını geri götürdü. İran uranın zənginləşdirilməsini artırmaqla, Avropa Birliyini sərt tənqid etməklə və Fars körfəzində tankerləri saxlamaqla cavab verdi.

 

Ardı var

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi