Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olan Rasim Musabəyov və Səttar Möhbalıyev yenidən deputat olmağa hazırlaşır.
Modern.az xəbər verir ki, Rasim Musabəyov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliklərini irəli sürüblər.
Dairə seçki komissiyalarından modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həmin şəxlər namizədliklərini yeni irəli sürüblər.
Qeyd edək ki, hər iki şəxs beşinci çağırış Milli Məclisdə də eyni seçki dairəsini təmsil ediblər.