Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində türk təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün ərzində 15 PKK terrorçusu məhv edilib.
Modern.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Bitlisin Çəltikli kəndi çölündə baş verən qarşıdurmada 15 qadın terrorçu zərərsizləşdirilib. Atışmada 1 kənd qoruyucusu şəhid olub, 3-ü yaralanıb.
Şırnakın Cudi dağında həyata keçirilən əməliyyatlarda 10 terrorçu öldürülüb.
Bu əməliyyatlarda türk hərbçiləri və xüsusi təyinatlı polis dəstələri iştirak ediblər.
Modern.az