Modern.az

Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamədə dəyişiklik

Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamədə dəyişiklik

Aktual

29 Dekabr 2019, 20:13

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamənin və Agentliyin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 28 noyabr tarixli 752 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 26 dekabr tarixli 794 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Modern.az  xəbər verir ki, fərmanda deyilir:  

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1112; 2016, № 2 (II kitab), maddə 263) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1268; 2013, № 7, maddə 800, № 12, maddə 1511; 2016, № 2 (II kitab), maddə 262; 2017, № 6, maddə 1091, № 10, maddə 1807; 2018, № 3, maddə 432, № 6, maddə 1217, № 10, maddə 2011) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də dəyişikliklər təsdiq edilsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!