Modern.az

Merkel Putinlə girov mübadiləsindən danışdı

Merkel Putinlə girov mübadiləsindən danışdı

30 Dekabr 2019, 00:39

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, liderlər “Şimal axını-2”, Liviya böhranı, Donbasda girovların mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

Putin və Merkel “Şimal axını-2” layihəsinə gələcək də dəstək verəcəklərini ifadə edib.

Tərəflər Liviya və Suriyadakı böhranlı vəziyyətin həllinə dair səylərin artırılmasının vacibliyini qeyd ediblər.

Onlar Donbasda əsirlərin dəyişdirilməsi prosesini məmnuniyyətlə qarşıladıqlarını da bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi