ABŞ və Rusiya İranın nüvə problemi ilə bağlı danışıqları “beş üstəgəl bir” formatında aparmaq barədə razğılığa gəlib. Modern.az bildirir ki, bu barədə razılıq prezidentlər Obama və Medvedevin dünən Seulda keçirlən görüşündə əldə edilib.
“Biz razılaşdıq ki, İranla bağlı danışıqları “beş üstəgəl bir” formatında aparaq. Bu barədə qərar elan olunacaq”-deyə Obama bildirib.
ABŞ prezidentinin sözlərinə görə, problemin “diplomatik həll yolunu tapmaq lazımdır”. Obama qeyd edib ki, “bununla da “İran beynəlxalq öhdəlikləri yerinə yetirə bilər”.
X. SƏFƏROĞLU