Modern.az

AMB: İnflyasiya risklәrinin aktivlәşmәsi halında faiz siyasәti sәrtlәşə bilər 

AMB: İnflyasiya risklәrinin aktivlәşmәsi halında faiz siyasәti sәrtlәşə bilər 

Aktual

30 Dekabr 2019, 17:25

Mәrkәzi Bank özünün pul siyasәtini növbәti il vә ortamüddәtli dövrdә dә qlobal vә daxili iqtisadi meyillәr üzrә makro-proqnozları nәzәrә almaqla hәyata keçirәcәk.

 

Baş bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qlobal iqtisadiyyatda 2020-ci il vә ortamüddәtli dövrdә artımın müәyyәn zәiflәmә ilә davam edәcәyi gözlәnilir:

 

“BVF-nin cari ilin oktyabrında açıqladığı proqnozlara görә, 2020-ci ildә qlobal iqtisadi artım 3.4% olacaq ki, bu da ilin әvvәlindәki proqnozdan 0.2 faiz bәndi azdır. 2020-ci ildә dә beynәlxalq ticarәtә mәhdudiyyәtlәrin vә geosiyasi vәziyyәtin iqtisadi aktivliyә tәsir edәcәk әsas faktorlardan biri kimi qalacağı gözlәnilir. İEÖ üzrә 1.7%, İEOÖ üzrә 4.6% iqtisadi artım proqnozlaşdırılır. İEOÖ üzrә iqtisadi artım proqnozu ilin әvvәli ilә müqayisәdә 0.3 faiz bәndi azaldılmışdır. İqtisadi aktivliyi dәstәklәmәk üçün növbәti ildә dә aparıcı ölkәlәrdә pul siyasәtinin stimullaşdırıcı imkanlarından istifadә edilәcәyi gözlәnilir. ABŞ daxil olmaqla dünyanın başlıca güc mәrkәzlәrindә mәrkәzi bankların faizlәri azaltma ehtimalı yüksәkdir”.

 

Qeyd olunub ki, Azәrbaycanın ticarәt tәrәfdaşları olan ölkәlәrdә iqtisadi artımın nisbәtәn sürәtlәnәrәk 2.4% tәşkil edәcәyi gözlәnilir:

 

“Mövcud qeyri-müәyyәnliklәr şәraitindә tәrәfdaş ölkәlәrin maliyyә bazarlarında yeni kәskin dәyişkәnliklәr dalğası istisna olunmur. 10  Qlobal әmtәә bazarlarında qiymәtlәrin fәrqli dinamikaya malik olacağı proqnozlaşdırılır. BVF-nin son proqnozlarına әsasәn 2020-ci ildә neftin qiymәti 57.91 ABŞ dolları tәşkil edәcәkdir ki, bu da әvvәlki illә müqayisәdә aşağıdır. Neft mәhsullarına tәlәbdә azalma gözlәntilәri onu demәyә imkan verir ki, orta vә uzunmüddәtli dövrdә neftin qiymәtinin pik illәrindә müşahidә olunan sәviyyәyә yüksәlmәsi ehtimalı yüksәk deyil. Bununla belә bәzi neft ixracatçılarına qarşı sanksiyalar vә OPEK+ tәrәfindәn hasilatın tәnzimlәnmәsi siyasәti neft qiymәtlәrinә növbәti ildә dә artırıcı tәsir edәcәk. Dünya Bankının proqnozlarına görә 2020-ci ildә qiymәtlәrin metal üzrә 5.6%, kәnd tәsәrrüfatı mәhsulları üzrә isә 0.6% artacağı gözlәnilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!