Modern.az

Turqut Özalın ölümünü araşdırmaq üçün rəsmi komissiya yaradıldı

Turqut Özalın ölümünü araşdırmaq üçün rəsmi komissiya yaradıldı

27 Mart 2012, 09:59

Abdulla Gül bununla bağlı rəsmi göstəriş verib, ortaya şok informasiyalar çıxır

Dövlət başçısı Abdulla Gül Türkiyənin səkkizinci prezident mərhum Turqut Özalın ölümünün səbəblərinin  araşdırılması üçün göstəriş verib. Modern.az “Kanal A”ya istinadən bildirir ki, A.Gülün təlimatına görə, T. Özalın vəfat etdiyi 17 aprel günü son dəqiqəsinə qədər araşdırılacaq. Araşdırma qrupu Özalın zəhərlənməsi guman edilən meyvə suyunun tərkibi tam şəkildə yenidən araşdıracaq. Bundan əlavə, mərhum Özalın ölümü ərəfəsində getdiyi yerlər, vəfat etdikdən sonra gətirlidiyi xəstəxanada aparılan müayinənin nəticələrinə yenidən baxılacaq.

Bu araşdırmalarda məqsəd Turqut Özalın müəmmalı ölümü ilə bağlı həqiqətləri üzə çıxarmaqdır.

Mərhum prezidentlə dost olmuş keçmiş hərbi məhkəmə hakimi Faik Tarımçıoğlu “Kanal A”ya açıqlamasında deyib ki, Özalın ölümündə kifayət qədər qaranlıq məqamlar var. O bildirib ki, vəfat etdikdən sonra xəstəxanada Özalın qan analizinin nəticələri gizlədilib.
“Bizə dedilər ki, qanın olduğu şüşə həkimin əlindən düşərək sınıb. Bu isə kifayət qədər şübhələrə yol açır”-deyə Tarımçıoğlu qeyd edib. 

“Bu araşdırma Türkiyə tarixinin ən qaranlıq ili olan 1993-cü ilə işıq salaraq bir sıra məqamları üzə çıxara bilər”-deyə o sonda vurğulayıb. 

Qeyd edək ki, Turqut Özal ölümündən əvvəl, 1993-cü il aprelin əvvələrində  Azərbaycanda rəsmi səfərdə olub. Buradan getdikdən sonra o qəfildən vəfat edib.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal