Modern.az

Bu ölkədə anadan olan əcnəbilərin övladlarına vətəndaşlıq veriləcək

Bu ölkədə anadan olan əcnəbilərin övladlarına vətəndaşlıq veriləcək

1 Yanvar 2020, 21:43

Latviyada əcnəbi vətəndaşların dünyaya gələn övladlarına avtomatik ölkə vətəndaşlığının verilməsi barədə qanun yanvarın 1-dən qüvvəyə minib.

Modern.az xarici mediaya istinadən xəbər verir  ki, bu barədə Latviyanın hüquqi aktlar portalı məlumat yayıb.

Latviya Prezidenti Eqils Levits noyabrın 5-də Seymdə qəbul edilmiş qanunu imzalayıb.  1 yanvar 2020-ci ildən qüvvəyə minmiş qanuna əsasən, əgər valideynlər digər ölkəni seçməsələr, körpəyə avtomatik Latviya vətəndaşlığı veriləcək. Bundan əvvəl qüvvədə olmuş qanuna əsasən, əgər xarici ölkə vətəndaşı olan valideynlərdən biri istəyərdisə, körpəyə Latviya vətəndaşlığı verilə bilərdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi