Seulda ABŞ prezidenti Barak Obama ilə görüşən Türkiyə Baş nazir Rəzəb Tayyib Ərdoğanın əl hərəkəti diqqət çəkib. Ərdoğanın görüşmənin ardından kameraların qarşısında etdiyi bir hərəkət maraq doğurub.
Modern.az xəbər verir ki, Ərdoğanın bu əl hərəkəti Almaniyanın məşhur “Bild” qəzeti tərəfindən şərh olunub. Qəzet Ərdoğanın iki əlinin barmaqlarını qarşısında birləşdirdiyi hərəkəti ilk olaraq Almaniya kansleri Angela Merkelin etdiyini, ardından bir çox liderin də eyni hərəkətləri təkrarladığını yazıb. Media bu hərəkətin "güc almazı" olaraq adlandırıldığını qeyd edib. Qəzetə danışan vücud dili mütəxəssisi Sabina Mühliç "bu hərəkəti edən adam enerjisini qarşısındakına yönəldərək onun duyğularına nəzarət edər" deyib.