BMT Təhlükəsizlik Şurası sabah Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün toplanacaq.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müzakirələr qapalı rejimdə keçiriləcək.
Məlumata görə, qapalı məsləhətləşmələrin cümə günü saat 10.00-da (Bakı vaxtı ilə 19.00) təyin edilməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına İdlibdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün sorğu göndərmişdi.