Sudanın Qərbi Darfur əyalətində "An-12" tipli təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı "Əl Ərəbiyə" televiziyası yayıb.
Məlumata görə, havaya qalxan təyyarə Əl Cuneyna şəhərindəki hava limanının 5 kilometrliyində yerə düşüb.
Təyyarədə yerli rəsmilər və ekipaj üzvləri də daxil olmaqla 15 nəfər həlak olub.