Modern.az

Trampdan “Süleymani” tviti - FOTO

Trampdan “Süleymani” tviti - FOTO

3 Yanvar 2020, 17:46

ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, İran ordusunun generalı Qasım Süleymaniyə hücumdan sonra şəxsi tvitter hesabında məsələyə belə münasibət bildirib:

 

“İran heç vaxt qələbə qazanmayıb, amma müzakirələrdə də heç vaxt uduzmayıb”.

 

Qeyd edək ki, ABŞ prezidenti tətildə olarkən İranın yüksək rütbəli komandirlərinə yönəlmiş əməliyyat təlimatı verib və yanvarın 3-ü səhər saatlarında Bağdada raket hücumu təşkil edilib. Hücum nəticəsində İranın əfsanəvi komandiri Qasım Süleymani də daxil olmaqla daha bir neçə yüksək rütbəli hərbçi həlak olub.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi